
Salyan rayonunun Kürqaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yanvarın 30-na keçən gecə Salyan rayonunun Kürqaraqaşlı kəndində şəhər sakini Elvin Qasımov idarə etdiyi “Lada-Priora” markalı avtomobili yolun kənarındakı mağazanın pilləkəninə vurub.
Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Anar
Gununsesi.info