Salyanda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb

  • By Günel
  • 12 Dekabr 2024 21:23

Salyanda bu il meyvə və giləmeyvə bağlarından 5 216,0 ton məhsul yığılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 238,5 ton çox olub.

Yığılan məhsulun 545,0 tonunu xurma, 3 392,3 tonunu nar, 71,1 tonunu alma, 43,1 tonunu armud, 461,7 tonunu heyva, 59,3 tonunu ərik, 38,4 tonunu albalı, 47,5 tonunu şaftalı, 90,4 tonunu gavalı, 109,4 tonunu alça, 18,5 tonunu gilas, 0,7 tonunu fındıq, 46,0 tonunu zeytun, 31,2 tonunu digər meyvələr təşkil edir.

Həmçinin məhsul istehsalçıları 261,4 ton giləmeyvə toplayıblar.

Qeyd edək ki, rayonda 924,5 hektar sahədə meyvə və giləmeyvə bağları salınıb.

Gununsesi.info