Salyanda qəza baş verib, ölən var

  • By Günel
  • 12 Dekabr 2024 08:19

Salyanda baş verən qəzada sürücü ölüb.

Gununsesi.info -nun APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Xələc kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1996-cı il təvəllüdlü Məlikov Seymur Rafiq oğlu idarə etdiyi avtomobili aşırıb.

Nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info