Salyanda qar elektrik təsərrüfatında fəsadlar törədib, 20-yə yaxın kənd işıqsız qalıb

  • By ilhame
  • 14 Yanvar 2024 11:19

Salyanda 20-yə yaxın kənd işıqsız qalıb.

 

Gununsesi.info-nun məlumatına görə, rayonda yağan qar elektrik təsərrüfatında ciddi problemlər yaradıb.

 

Belə ki, gecə saatlarından indiyədək rayonun Qarabağlı, Çaxırlı, Arxarası, Yenikənd, Həsənli, Şəkərli, Kürsəngi, l-ll Varlı, Peyk, Xocalı və ümumilikdə 20-yə yaxın kəndlərində elektrik enerjisinin verilişi dayanıb.

 

Minlərlə sakin qışın qarlı-çovğununda işıqsız qalıb. Bununla bərabər ötən axşam saat 21:00 radələrində şəhərin Ə.Kürçaylı, H.Əliyev, T.Xəlilbəyli, Y.Zərhərli, Ə.Zeynalov və digər küçələrin sakinləri də enerji verilişindən məhrum olub. Enerjinin bərpası ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçiblər.

 

Qeyd edək ki, hazırda fasiləsiz olaraq qar yağır. Qarın hündürlüyü 20 santimetrə çatıb.

Gununsesi.info