Salyanda tövlə yanıb, 5 baş heyvan tələf olub

Salyanda tövlə yanıb, 5 baş heyvan tələf olub


Salyan rayonunda yanğın olub.

Gununsesi.info-nun FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Şorsulu kəndində ümumi sahəsi 245 m² olan tövlənin taxta atmaları, içərisinə yığılmış 20 ton ot bağlamasının 10 tonu və kisələrə yığılmış 2 ton buğdanın 500 kiloqramı yanıb.

Yanğın zamanı tövlədə olan 5 baş heyvan tələf olub. Ot bağlamasının, buğdanın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info

COMMENTS