Salyanda yenidoğulmuş körpəni küçəyə atdılar

Bu gün səhər saatlarında Salyan rayonunun Qarabağlı kəndi ərazisində küçədən yenidoğulmuş (10-15 günlük) uşaq tapılıb.

Gununsesi.info xəbər verir ki, körpə qız uşağı polis tərəfindən xəstəxanaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan saytımıza verilən məlumata görə, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan RPŞ-yə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub: “Daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon TTYS-nin tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalara başlanılıb”.

 

Gununsesi.info