Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur –YENİLƏNİB

Salyanda yol qəzası nəticəsində ölənlər ana və oğuldur –


Salyanda yol qəzasında ölənlərin şəxsiyyəti məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar Bakının Sulutəpə qəsəbəsinin sakinləri – 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızı və onun 1987-ci il təvəllüdlü oğlu Şirəliyev Ruslan Ariz oğludur.

***18:01

Salyan. 12 mart. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un aran bürosu xəbər verir ki, hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və bir nəfər ağır bədən xəsarətləri alıb.

Yaralı – Salyan rayonunun Yolüstü kənd sakini, 1983-cü il təvəllüdlü Pərviz İsa oğlu Qaraxanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla araşdımalara başlanılıb.
Gununsesi.info

COMMENTS