Şam işığında mətbuat konfransı - FOTOLAR

  • By admin
  • 12 Noyabr 2016 13:15

sam

Azərbaycanın peşəkar moda ustası, məşhur modelyer Leyla Əhmədovanın By.LA Modalar Evi ilə bağlı məhkəmə çəkişməsi onun xeyrinə başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda L.Əhmədova noyabrın 11-də axşam saatlarında şam işığında keçirdiyi konfransda bildirib. Qeyri-adi konfrans musiqi və moda nümayişi altında keçirilib.  Modelyer xanım açıqlama verməzdən öncə Azərbaycan Respublikasının Himnini səslənidrib.

Gecədə iştirak edən tanınmış ictimai-siyasi xadimlər və KİV nümayəndələrinə açıqlama verən xanım Əhmədova bildirib ki, Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosesdə “By.LA”  Modalar Evinin açılmasına, nəqli dayandırılmış  kommunikasiya xətlərinin, elektrik, qaz və suyun yenin bərpa edilməsinə qərar verilib. L.Əhmədova çıxışında qeyd edib ki, çətin də olsa, məhkəməni udduq: “Noyabrın 14-də icra nümayəndələri gəlib elektrik enerjisinin verilməsini  bərpa edəcək. Ümid edirəm ki, bundan sonra Modalar Evimin qapısı hər zaman sizin üçün açıq olacaq. İcarəyə götürdüyümüz ofisdə 1 il təmir prosesi gedib. Təmir müddətində icarədara  208 min manat icarə haqqı ödənilib. Kommunal xidmətlərə heç bir borcum yoxdur. Məhkəmənin 1 oktyabr 2016-cı il tarixli  qərarına əsasən, fəaliyyətimizə qarşı olan bütün maneələr aradan qalxmalı, hazırda Nizami Ağayeva məxsus olan bina həbsdə saxlanılmalıdır. Düz 50 gün qaranlıqda yaşadım, bu gün də konfransı şam işığında etmək məcburiyyətində qaldıq. Hazırladığım libaslar və bahalı parçalarım oğurlandı. Amma ədalət öz yerini tapdı”-, deyə L.Əhmədova bildirib.

Tədbir iştirakçılarına icarədar və icarə haqqında məlumat verən modelyer xanım bildirib ki, sən demə bağlanmış müqavilə hüquqi sənədlərdə öz əksini tapmayıb.

Tədbirin sonunda  gənc müğənnilərin mini konserti olub.

Qeyd edək ki,  obyekt sahibi Nizami Ağayev modelyerin ittihamlarını qəbul etməmişdi. O, xanım Əhmədovanın il ərzində ödəməli olduğu 270 min manat icarə haqqını vermədiyini və bu səbəbdən də müqavilənin qüvvədən düşdüyünü bildirmişdi.

sam2 sam1

Gülnaz Qənbərli

Gununsesi.info