Samara şəhəri yaxınlığında İŞİD tərəfdarlarına qarşı xüsusi əməliyyat keçirilir

  • By admin
  • 15 Dekabr 2016 20:39

poliss

Rusiyanın Samara şəhəri yaxınlığında xüsusi təyinatlı polis dəstəsinin əməkdaşları İŞİD tərəfdarları olduğu  ehtimal edilən şəxslərə qarşı xüsusi əməliyyat keçirir.  

Gununsesi.info-nun APA-ya  istinadən verdiyi xəbərə görə, əməliyyat keçirilən ərazidə partladıcı qurğu aşkarlanıb. Məlumata görə, əməliyyat zamanı iki nəfər saxlanılıb.

Ərazidəki yaşayış binasından sakinlər təcili təxliyə edilib. Məlumata görə, İŞİD tərəfdarları olduğu ehtimal edilən şəxslər həmin binada yaşayırmışlar.

Hazırda sakinlər öz mənzillərinə qayıdıb. Hadisə yerində polis növbə çəkir.

Gununsesi.info