“Şamaxı” “Kəpəz”i məğlub edib

  • By ilhame
  • 15 İyul 2024 21:35

2024/2025 mövsümü öncəsi hazırlıqlarını davam etdirən “Kəpəz” və “Şamaxı” klubları yoxlama görüşündə üz-üzə gəliblər.

 

Gununsesi.info xəbər verir ki, “Qəbələ” şəhər stadionunda baş tutan matçda ikincilər qələbə qazanıb – 2:1.

 

Qeyd edək ki, “sarı-göylər” daha əvvəl yoxlama oyununda “Turan Tovuz”a 0:4 hesabı ilə məğlub olub.

Gununsesi.info