“Şamaxı” “Neftçi”ni, “Sabah” “Zirə”ni qəbul edəcək

  • By admin
  • 09 Aprel 2022 09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Gununsesi.info xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək.

Turun açılış matçı Şamaxıda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası son çempion “Neftçi”ni qəbul edəcək. Bu, bölgə təmsilçisinin yeni adla çempionatda ilk matçı olacaq.

Hazırda “Neftçi” 38 xalla 2-ci, “Şamaxı” 20 xalla 6-cı pillədə qərarlaşıb. Görüş tərəflərin ölkə çempionatlarındakı 70-ci oyunu olacaq. Əvvəlki 69 qarşılaşmanın 38-də paytaxt klubu, 16-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də “ağ-qaralar”ın aşkar üstünlüyü var – 111:67.

Günün ikinci matçı paytaxta olacaq. 29 xalla 5-ci sırada yer alan “Sabah” 36 xalla 3-cü yerdəki “Zirə”ni qəbul edəcək. Premyer Liqadakə 14 qarşılaşmanın 5-də meydan sahibləri, 4-də “qartallar” meydanı 3 xalla tərk edib. Topların nisbəti bərabərdir – 19:19.

Azərbaycan Premyer Liqası, XXII tur

9 aprel (şənbə)

14:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu.

17:00. “Sabah” – “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Bank Respublika Arena

Qeyd edək ki, XXII tura aprelin 10-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

Gununsesi.info