Şamaxı sakinləri bərbad yollarından şikayət edirlər – İcra Hakimiyyəti sakinlərin problemini niyə görməzdən gəlir?

  • By admin
  • 13 Aprel 2023 15:17

Şamaxının Aşıq Məmməd Ağa küçəsinin sakinləri yollarının bərbad olmasından şikayətçidirlər.

Gununsesi.info xəbər verir ki, sakinlər müraciət edərək bildirirlər ki, yaşadıqları ərazidə digər bəzi küçələrə asfalt örtüyü döşənsə də, Aşıq Məmməd Ağa küçəsi yararsız haldadır.

Sakinlərin sözlərinə görə, dövlət qurumları və İcra Hakimiyyəti onların müraciətlərini görməzdən gəlir. Onların bildirdiklərinə görə, küçədə 150-200 nəfərlik ailə (35-40 ailə) yaşayır. Çəkilən videoda yolların yağış yağarkən gölməçələrə döndüyü, hərəkətin mümkünsüz olduğu görülür.

Küçədə məskunlaşan vətəndaşlar hər gün bu yolla yəm piyada, həm də avtomobillə gedərkən əziyyət çəkdiklərini və paltarlarının bulandığını, məcbur qalıb şəhər küçəsində çəkmə ilə gəzməli olduqlarını vurğulayırlar.

Sakinlər xüsusi iddia ilə vurğulayırlar ki, İcra başçısının qəbulunda olsalar da, onlara yalan vədlər verilib.

Problemi danışaraq izah edən küçə sakinləri məktəbə gedən övladlarını və nəvələrini palçıqları ayaqlayaraq, bataqlıqlar üzərindən getməyə məhkum qaldıqlarını bildirirlər.

 

 

Durumdan şikayətçi olan kənd sakinləri keçilməz yollarla bağlı sualımıza Bir neçə dəfə dövlət qurumlarına müraciət etdiklərini bildirilər.

Vətəndaşları yollarının dövlət qurumları tərəfindən düzəldilməsini istəyirlər.

“Sarı palçıqdan ayaqqablılarımız bulanır, evdə daha çox paltar yumağa məcbur oluruq. Şalvarın palçığa bulaşmaması üçün məcbur olub ayaqqabılarımızı əllərimizə alıb bulanmaması üçün yolu bu cür gedirik. Ayağımız sürüşür, yıxılırıq, yaşlı adamlarıq”, – deyə vətəndaşlar bildirirlər.

 

 

Onlar Şamaxının şəhər hissənində yerləşən küçənin sevimli xalq sənətkarı Aşıq Məmməd Ağanın adını daşıdığını və lığlı küçələrinin bu cür halından narazılıqlarını dilə gətirirlər.

“Biz də yaşamaq istəyirik. İstəyirik ki, ayağımızı raha yerə qoyaq. Məmurlar asfalt çəkilişi ilə bağlı söz versələr də, buna əməl etməyiblər”, – deyə müraciətdə vurğulanır.

 

 

Skainlərin şikayəti ilə bağlı Şamaxı Şəhər İcra Nümayəndəsi Asif Şirəliyevlə günlərlə təkrarən əlaqə qurmağa çalışsaq da, telefonları bağlı idi.

Şamaxı Şəhər icra Hakimiyyətinin I müavini Şikarov Hikmət Məzi oğlunun xidmət iş telefonuna cavab verən və özünü onun köməkçisi kimi təqdim edən şəxs isə “Asif bəy özü sizə zəng edəcək” desə də, dövlət işçiləri vətəndaşların şikayəti ilə bağlı heç bir açıqlama vermək istəmədilər.

Aşıq Məmməd Ağa küçəsinin asfaltlanması ilə bağlı müraciəti ilə bağlı mövzunu gündəmdə tutacağıq.

 

Arzu S.

Gununsesi.info