Şamaxı və Ağdamda yaşayış evləri yanıb

  • By admin
  • 22 Mart 2022 09:13

Şamaxı rayonunun Dədəgünəş kəndində ümumi sahəsi 48 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 44 m² olan birmərtəbəli inzibati binanın dam örtüyü 20 m² sahədə və qismən tavanı yanıb.

Gununsesi.info Modern.az-a istinadən bildirir ki, binanın qalan hissəsi və yaxınlıqda olan digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan əlavə, Ağdam rayonunun Qasımbəyli qəsəbəsində ümumi sahəsi 42 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 36 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info