Şamaxıda 2 uşaq qidadan zəhərləndi

  • By admin
  • 12 İyul 2017 12:00

b_520_0_16777215_0___images_stories_007IYUN_hekim_bayram

Şamaxı rayonunda zəhərlənmə hadisəsi baş verib. 

Gununsesi.info DİN-in saytına istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində və Mirikənd kəndində qeydə alınıb. Mirikənd sakini, 2011-ci il təvəllüdlü Aynur Babayeva və Şamaxı şəhərinin Sabir küçəsindəki 41 saylı mənzildə yaşayan, 2014-cü il təvəllüdlü Toğrul Abbasov qida məhsullarından zəhərləndiyi üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində azyaşlıların həyatı xilas olunub.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info