Şamaxıda ağır qəza: xəsarət alan var

  • By admin
  • 20 İyul 2017 19:53

vaz

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.

VAZ – 2106 və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması nəticəsində 1941-ci il təvəllüdlü Camalov Sədrəddin Məhyəddin oğlu ağır bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Gununsesi.info