Şamaxıda bədbəxt hadisə - GƏNC OĞLAN QONŞUSUNU GÜLLƏLƏDİ

  • By admin
  • 19 Yanvar 2018 10:20

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.

Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.

Gununsesi.info