
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Türkdilli Dövlətlər arasında beynəlxalq badminton turniri keçiriləcək.
Gununsesi.info-nun məlumatına görə, yarış 6-8 noyabr tarixlərində Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanı təmsil edən badmintonçular mübarizə aparacaqlar.
İdmançılar 5 kateqoriya üzrə mükafatçıları müəyyənləşdirəcəklər.
Gununsesi.info