Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017
11 Dekabr 2017

13 Avqust 2017 - 02:30

Şamaxıda dəhşətli qəza- 1 ÖLÜ, 6 YARALI

qeza-yol-nishani-2jpg-14-35-10

Şamaxıda minik avtomobili dərəyə aşıb. Hadisə zamanı maşında olan 7 nəfərdən biri ölüb, 6 nəfər xəsarət alıb. Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb.

Minik avtomobilinin dərəyə aşması 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnib.
Gununsesi.info xezerxeber.az-a istinadən bildirir ki, ağır qəza ötən gecə Şamaxı-Pirqulu yolunun Şamaxının Nağaraxana kəndindən keçən hissəsində baş verib. Rayon sakini Arif Bünyətovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq 70 metr dərinliyi olan dərəyə aşıb.
Sürücü və avtomobildə olan 6 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə Şamaxı rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq rayon sakini, 29 yaşlı Səxavət Cəbiyevin həyatını xilas etmək mümkün olmayıb.
Tərlan İsgəndərovun vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Məlumata görə, xəsarət alanlar Şamaxı şəhərindəki restoranların birində ofisiant işləyirlər. Onların hamısı bir avtomobilə minərək toy mərasimindən evə qayıdırmış.
Goranboyda isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə ötən gecə rayonun Qızılhacılı qəsəbəsində baş verib. Qəsəbə sakini, 57 yaşlı Afərin Həsənova yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Qadını vuran avtomobil daha sonra başqa bir minik maşınına çırpılıb. Ağır bədən xəsarətləri alan Afərin Həsənova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info





loading...