Şamaxıda da Gənclər Günü keçirildi - FOTOLAR

2 Fevral 2023-cü il tarixində rayon mədəniyyət mərkəzində Gənclər Günü ilə bağlı tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, RİİB-nin Dağlıq Şirvan bölməsinin rəhbəri Nərgiz Qurbanova və rayon gənclərinin nümayəndələri iştirak edib.

HTML tutorial

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov gəncləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəaliyyətindən geniş söhbət açıb. O, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında gənclərin göstərdiyi qəhrəmanlığı xüsusi vurğulayaraq ölkəmizin inkişafında gənclərin rolu və bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıb.

Digər çıxış edənlər YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, RİİB-nin Dağlıq Şirvan bölməsinin rəhbəri Nərgiz Qurbanova və başqaları dövlət siyasətinin prioritet istiqamətlərindən olan gənclərlə aparılan işin təşkili sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən geniş söhbət açıblar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gənc rayon icra hakimiyyətinin müvafiq fəxri fərmanı və təşəkkürnaməsi ilə təltif olunub.

Sonda qarşılıqlı dialoq şəraitində gənclərin rəy və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırılıb.







Gununsesi.info