Şamaxıda İkinci Dünya müharibəsinin veteranları ziyarət olunub – FOTO

  • By admin
  • 08 May 2021 19:07

İkinci Dünya müharibəsində alman faşizmi üzərində tarixi Qələbənin 76-cı ildönümü münasibətilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və RİH-nin əməkdaşları müharibə veteranları Mirağa Əhlimanov və Dədəxan Niftalıyevlə görüşüb.

 Gununsesi.info xəbər verir ki,  bu barədə  Şamaxı RİH-dən bildirilib.

Görüşdə müharibə illərində əzmkarlıq nümayiş etdirmiş xalqımızın xidmətləri heç vaxt unudulmayacağı, şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının xatirələrinin daima əziz tutulacağı onlara bildirilib. Tahir Məmmədov, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara göstərdiyi diqqətdən söhbət açaraq onlara həssaslıqla yanaşdığını, 29 aprel 2021-ci il tarixli Sərəncamının bu qayğının bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdə iştirak edən veteranlar 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə ilə bağlı öz təssuratlarını bölüşmüş, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.

 Gununsesi.info