Şamaxıda kişi dəm qazından zəhərlənərək öldü

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, kənd sakini 1987-ci il təvəllüdlü Əmirov Xanbaba Həmid oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (APA).

Gununsesi.info