Şamaxıda mikroavtobus minik avtomobili ilə toqquşub.
Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
“Ford tranzit” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin ağır olmadığı bildirilir.
Gununsesi.info