Şamaxı rayonunda rayonunda piyadanın vurulması ilə nəticələnən daha bir avtomobil qəzası baş verib. Gununsesi.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərinin Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini Abbasov Zahir Əjdər oğlunun idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili sürətlə hərəkət edərkən yolu keçən piyadanı, 30 yaşlı Manafov Babək Fariz oğlunu vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Babək Manafov təcili olaraq Şamaxı Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Onu xəstəxanaya hadisəni törədən sürücü çatdırıb. Həkimlərin səyi nəticəsində Babək Manafovun heyati xilas edilib.
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info