Şamaxıda qardaş qardaşı güllələdi

  • By admin
  • 07 İyun 2016 22:38

ogru (1)

Hadisə bu gün axşam saatlarında Şamaxı şəhərinin Hüseyn Ciddi küçəsindəki 74 saylı evdə qeydə alınıb. 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı ov tüfəngi ilə qardaşı,1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Ağır xəsarətlər alan iki uşaq atası Azər Rəşidov hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, uzun illərdir ki, Rusiyada yaşayan Azad Rəşidzadə bu günlərdə bacısı oğlunun toy mərasimində iştirak etmək üçün Şamaxıya gəlib və ev üstündə dava edərək qardaşını öldürüb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən Azad Rəşidzadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.