
Şamaxıda restoranda yanğın olub.
Bu barədə Gununsesi.info FHN-ə istinadən xəbər verir.
Məlumata görə, Şamaxı rayonunda (Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 130-cu kilometrliyi) ümumi sahəsi 420 m² olan fəaliyyət göstərməyən birmərtəbəli restoranın tüstü bacasının ətrafı 4 m² sahədə yanıb.
Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info