Şamaxıda soyuducu anbarı yanıb

  • By admin
  • 25 Mart 2018 21:05

Bu gün Şamaxı rayonunda üzümçülük müəssisəsinin ərazisində ümumi sahəsi 189 m2 olan soyuducu anbarın yanar konstruksiyaları 56 m2 sahədə yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info