Ötən həftəsonu Şamaxıda keçirilən Üzüm və Şərab Festivalı maraqlı proqramı və çoxsaylı qonaqları ilə yadda qalıb.
Gununsesi.info xəbər verir ki, festival Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, ölkəmizdə üzümçülük və şərab istehsalı tarixini, bu sahədə görülən işləri geniş ictimaiyyətə çatdırmaqdır.
“Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində iki gün ərzində təşkil olunan festival dequstasiya, əyləncə, yemək, suvenir satışı, master-klasslar və digər proqramlarla zəngin olub. Festivalda müxtəlif şərab brendləri öz məhsullarını təqdim edib. Həmçinin yerli və xarici məşhurların iştirakı ilə konsert proqramı təşkil olunub.