Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var – YENİLƏNİB

  • By admin
  • 18 İyun 2018 19:20


Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.

Belə ki, pivə daşıyan avtomobil dərəyə yuvarlanıb. Nəticədə 2 nəfər – Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu Vahidov xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən Rahid Əhmədalı oğlu Vahidov orada ölüb

***18:04

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda baş verib.

Qəza zamanı 2 nəfər – Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Niyaməddin Sohlu oğlu Vahidov və onun həmyerlisi, 1975-ci il təvəllüdlü Rahid Əhmədalı oğlu Vahidov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gununsesi.info