Şamaxıda yol qəzasında qız ölüb, anası xəsarət alıb

  • By admin
  • 07 İyul 2017 10:12

qeza

Bakı-Şamaxı yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Respublika Dövlət Yol Polisi İdarəsindən Gununsesi.info-ya verilən məlumata görə, Şamaxı rayonu ərazisində “Kia” markalı avtomobillə “KamAZ” markalı yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan Aynurə Kərimova ölüb, anası Səhrayə Kərimova isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info