Şamaxıda yük maşını aşdı  - Sürücü ağır yaralıdır

  • By admin
  • 27 May 2018 18:15

Şamaxıda yük maşını aşdı

Şamaxıda ağır tonnajlı yük avtomobili aşıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:30 radələrində Şamaxı-Padarçöl yolunda baş verib.

 Saatlı rayon sakini 1962-ci il təvəllüdlü Məsimov İbrahim Mütəllim oğlu idarə etdiyi “HOVA” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Ağır bədən xəsarəti alan sürücü Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.