Şamaxı rayonunda daha bir zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Gununsesi.org-a verilən məlumata görə, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.