
Rumıniyanın Ployeşti şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.
Azərbaycan Sambo Federasiyasından Gununsesi.info-ya bildiriblər ki, çempionatda yeniyetmələrin mübarizəsində Yaşar Nəcəfov (56 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Milli komandamız turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışıb.
Gununsesi.info












