
Tanınmş telejurnalist Samirə Mustafayevanın yeni iş yeri haqqında mətbuatda müxtəlif xəbərlər yayılıb. Gununsesi.info məsələ ilə bağlı jurnalistlə əlaqə saxlayaraq münasibətini öyrənib. O, açıqlamasında televiziya sistemindən uzaqlaşdığını bildirib. “Lazım gəlsə, ATV-yə qayıdardım, telekanallara getmirəm. Nə ANS-də, nə də başqa telekanalda deyiləm”, – deyə Samirə Mustaafayeva qeyd edib.
ATV-nin sabiq aparıcısı daha sonra bunları əlavə edib: “Əgər hansısa kanalda işləmək istəsəydim, elə ATV-yə qayıdardım. Tamamilə qeyri-mətbuat sahəsindəyəm. Televiziya sahəsindən uzaqlaşmışam”.
Qeyd edək ki, Samirə Mustafayeva uzun müddət ATV telekanalında xəbərlər proqramının aparıcısı olub.
Gununsesi.info