Samirə “Eurovision”da zəfər mesajı verəcək

  • By admin
  • 25 Yanvar 2021 12:16

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndi üçün səkkiz mahnı seçilib.

Bu barədə “İnfe Azerbaijan” məlumat yayıb. Qeyd olunub ki, sözügedən bəstələrdən biri “focus group” tərəfindən seçiləcək.

Gununsesi.info-nun əldə etdiyi məlumata əsasən, Samirə bu dəfə fərqli tərzdə tamaşaçı qarşısına çıxacaq. İddia olunur ki, Əfəndi “Eurovision” səhnəsində ballada ifa edəcək. Çıxış zamanı Azərbaycanın Ermənistan üzərindəki qalibiyyəti nəzərə alınaraq zəfərlə bağlı ifadələrə üstünlük veriləcək.

Xatırladaq ki, bir neçə gün əvvəl İTV müsabiqə üçün mahnı qəbulunu fevralın 1-nə qədər uzadıb.

 

Gununsesi.info