Samirə Mustafayeva yeni işi ilə bağlı danışdı - AÇIQLAMA (EKSKLÜZİV)

  • By admin
  • 22 İyun 2016 15:37

samire-mustafayeva-isden-ayrildi

 

Tanınmş telejurnalist Samirə Mustafayevanın yeni iş yeri haqqında mətbuatda müxtəlif xəbərlər yayılıb. Gununsesi.info məsələ ilə bağlı jurnalistlə əlaqə saxlayaraq münasibətini öyrənib. O, açıqlamasında televiziya sistemindən uzaqlaşdığını bildirib. “Lazım gəlsə, ATV-yə qayıdardım, telekanallara getmirəm. Nə ANS-də, nə də başqa telekanalda deyiləm”,  – deyə Samirə Mustaafayeva qeyd edib.

ATV-nin sabiq aparıcısı  daha sonra bunları əlavə edib: “Əgər hansısa kanalda işləmək istəsəydim, elə ATV-yə qayıdardım. Tamamilə qeyri-mətbuat sahəsindəyəm. Televiziya sahəsindən uzaqlaşmışam”.

 

Qeyd edək ki, Samirə Mustafayeva uzun müddət ATV telekanalında xəbərlər proqramının aparıcısı olub.

Gununsesi.info