Samirə Mustafayeva boşandı

  • By admin
  • 09 Noyabr 2021 15:27

Keçmiş azərbaycanlı gimnast Samirə Mustafayeva rusiyalı idmançı və biznesmen həyat yoldaşı Niklə yollarını ayırıb.

Gununsesi.info xəbər verir ki, cütlük pandemiyanın ilk vaxtlarında boşanmağa qərar verib.

Azərbaycanlı idmançı bir müddətdir ki, David Tariyeloviç adlı iş adamı ilə görüşür və instaqramda tez-tez birgə fotolarını payaşır.

İnstaqramda bir milyona yaxın izləyicisi olan həmyerlimizin izləyiciləri gündən-günə artır. Cazibədar bədən quruluşuna malik olan ulduzun xüsusilə aerobatik hərəkətləri diqqət çəkir. Onun iki stuldan tutaraq şpaqat açarkən paylaşdığı videosu izlənmə rekordu qırıb.

Qeyd edək ki, S. Mustafayeva dəfələrlə dünya çempionatlarının mükafatçısı olub. Əvvəlcə o, Azərbaycan yığmasının şərəfini qoruyub, sonra Rusiya yığmasının tərkibində çıxış edib. 2013-cü ildə karyerasını başa vurub və hazırda Moskvada yaşayır.

Gununsesi.info