
Azərbaycanın tanınmış ictimai xadimi, iqtisadçı ekspert Samir Əliyev Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin üç Komitəsinin rəhbərliyinin rəyi əsasında növbəti dəfə Yerli Özünüidarəyə Dair Avropa Xartiyasının Müstəqil Ekspert Qrupuna tam hüquqlu üzvü (Full Member of the Group of Independent Experts on the European Charter of Local Self-Government for Azerbaijan) seçilib.
Gununsesi.info bildirir ki, bu barədə ekspertə Konqresin baş katibi Mathieu Mori rəsmi məktub göndərib:
“Bundan sonra daha 5 il müddətinə (2023-2028) Ekspert Qrupunda Azərbaycanı təmsil edəcəm və Avropa Xartiyasının ölkəmizdə tətbiqi səviyyəsini qiymətləndirəcəm”.
Şəbnəm