Samir Piriyevin sevgilisi onun xanımına xəsarət yetirdi

Müğənni Samir Piriyevin xanımı Anara Piriyevaya hücum olunub. 

Gununsesi.org xəbər verir ki, özünü ifaçının sevgilisi kimi təqdim edən Aynur adlı xanım cütlüyün yaşadığı mənzilə gələrək A. Piriyevaya xəsarət yetirib. Hadisə iyunun 8-də baş verib. Məsələ ilə bağlı sənətçinin xanımı Axşam.az-a açıqlama verib. O, məlumatı təsdiq edərək sözügedən xanımla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, S. Piriyevlə boşanacağını qeyd edib:

“Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına səbəb ola bilməz. Ümumiyyətlə, elə məxluqların heç birinin ailəni dağıtmağa gücü çatmaz. Övladlarımın bir damla göz yaşına belə layiq olmayan məxluqdur o.

10 ildir baş verən hər şey üst-üstə yığıldı. Mənim boşanmağımın tək səbəbkarı Samirdir. Qürurum, onun nankorluğu məni bu səviyyəyə gətirib çatdırdı. Bu məsələ haqqında çox danışmayacam. Bunu ictimailəşdirməkdə tək məqsədim həmin qadının cəza almasıdır. Hadisə uzun müddətdir baş verib, polisə şikayət etmişəm. Amma hələ də onun cəzalandırılmasına imkan verilmir. Məqsədim həmin insanın cəzasını almasıdır”.

Qeyd edək ki, Samir və Anara cütlüyünün iki övladı var.

 

 

 

Gununsesi.org