Samir Şərifovdan etiraf: “2016 ən ağır il oldu”

  • By admin
  • 31 May 2017 13:40

samir_sarifov_06

Milli Məclisin bugünkü plenar iclasında “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat müzakirə edilib.

Gununsesi.info xəbər verir ki, millət vəkilləri “2016-cı il üçün dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabatla öz münasibətlərini bildiriblər.

Maliyyə naziri Samir Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında ən ağır il olan 2016-cı ildə mühüm sosial vəzifələr icra olunub. “İqtisadiyyatın yeni reallıqlara adaptasiya baş verib”, – deyə nazir qeyd edib.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat səsə qoyularaq qəbul edilib.

Gununsesi.info