Milli Məclis 2017-ci ildə dövlət büdcə layihəsinin müzakirəsini komitlərin birgə iclasında davam etdirir.
Gununsesi.info xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil və Ailə Qadın və uşaq komitələrinin birgə iclasında 2017-ci il büdcəsi ilə yanaşı, 2017-ci ilin Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsini, həmçinin növbəti ildə ölkədə yaşayış minimumu və ehtiyac meyarı ilə bağlı qanun layihələrini müzakirəsi başlayıb.
2017-ci il büdcəsi barədə məlumat verən maliyyə naziri Samir Şərifov bildirib ki, növbəti ilin büdcəsi postneft dövrünə əsaslanaraq hesablanıb.
Nazir bildirib ki, böhran nəticəsində bank sektorunda yaranmış problemlər, inflyasiyanın artması, manatın ucuzlaşamsı ölkədə makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstərir və büdcədə bu cür mürəkkəb bir şəraitdə hazırlanıb.
Hökumət növbəti illərdə iqtisadiyyatın sabitləşməsi və inkişafı, maliyyə bazarının sabitləşməsi və qeyri-neft sektorunu inkişafına nail olmaqla ixracata nail olmaq və bununla da yaranmış problemlərin aradan qaldırmaq kimi məsələlər büdcə layihəsində əksini tapıb.

Mürtəza
Gununsesi.info