Samiraldo Kamil Zeynallını məhkəməyə verir

  • By admin
  • 24 Avqust 2016 12:49

samiraldo_012

 

Kamil Zeynallının stilist Samiraldonu təhqir etməsi artıq hamıya məlumdur. Son mübahisədən sonra Kamil Zeynallının təhqirləri dayandırmaması Samiraldonu ciddi addımlar atmağa məcbur edib.

Gununsesi.info-ya açıqlama verən stilist, Kamili məhkəməyə verəcəyini bildirib.

“O məni təhqir etdi. Mən də cavab verdim bundan başqa məni sevərlərim də ona sərt sözlər yazdı. Sonra prodüser Tolik (Tarix Əliyev) məndən xahiş etdi ki, məsələni böyütməyim. Mən də o deyən kimi etdim amma dünən  Kamil məni sevərlərin anasını, bacısı söyüb, bunu artıq qəbul etmədim. Mənim də bütün nəslimi ortaya töküb. Artıq onu Tolik də gəlsə bağışlamayacam. Qanun qarşısında cavab verəcək. Bura Amerika deyil ki, yoldan keçəni vursunlar, söysünlər. Mən qanunlarımızı sevirəm və hörmət edirəm. Susuramsa bu o demək deyil ki, qəbul edirəm. O məndən buna görə üzr istəyəcək, ona göstərəcəm Samiraldo kimdi. Bir dəfə güzəştə getdim 2- ci dəfə bu baş verməyəcək. Mən heç kimin şəxsiyyətinə toxunmuram, heç kimi təhqir etmirəm, özüm üçün yaşayan insanam. Mən videolarımla milyonlarla insana gülüş bəxş edirəm. Bu nə istəyir anlamıram. Sən guya neyləmisən ki? ”

Qeyd edək ki, son günlər Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallı tez-tez sosial şəbəkə vasitəsilə videolar paylaşaraq stilist Samiraldonun ünvanına təhqir edici sözlər işlədir.

 

 Gununsesi.info