Samoada qızılca epidemiyasından 48 nəfər öldü

  • By admin
  • 01 Dekabr 2019 12:14
Samoada qızılca epidemiyasından 48 nəfər ölüb.
Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ada dövlətinin hökuməti bildirib.
Qeyd edilir ki, ölkədə xəstəliyə 3,5 mindən çox yoluxma halı qeydə alınıb.
Hökumətin “Twitter”də yaydığı məlumatlara əsasən oktyabrın ortalarında xəstəliyə 3530 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 173-ü 24 saat ərzində olub.
Ölən 44 nəfərdən 40-ı 4 yaşa qədər uşaqlardır. Ada dövlətinin əhalisinin 57 min nəfərinə kütləvi peyvənd vurulub.
Gununsesi.org