Samoada qızılca epidemiyası nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Gununsesi.org RİA “Novosti”yə istinadən xəbər verir.
Bildirilir ki, qızılcanın epidemiyasının qurbanlarının sayı 79 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı 5550 nəfəri ötüb.
Ötən həftə epidemiyadan 72 nəfərin həlak olduğu və 5154 yoluxma hadisəsi haqqında bildirilirdi.
Hökumətin bazar günü “Twitter”dəki səhifəsində yayılmış məlumatlara əsasən oktyabrın ortalarından – epidemiyanın başlanğıcından xəstəliyə 5520 yoluxma hadisəsi qeydə alınmışdı. Onlardan 26-ı son 24 saat ərzində xəstəliyə yoluxub. Ada dövlətin əhalisinin artıq 94%-i peyvənd edilib.
Gununsesi.org