Samsung notbuklar üçün OLED monitorlar təqdim edib

  • By admin
  • 10 Yanvar 2021 19:27
Cənubi Koreyanın texnologiya nəhəngi Samsung yanvarın 6-da notbuklar üçün yeni OLED monitorlar təqdim edib.

Notbuklar üçün nəzərdə tutulan panellərin günəşdə və çöldə istifadə zamanı keyfiyyətli görüntü keyfiyyəti verən yeni ekranlar əvvəlkilərə nisbətən 85 faiz HDR göstəricisi və 120 faiz DCI-P3 rəng fərqi var.

Yeni monitorların digər avantajları arasında əsl qara rənglər (0.0005 nit) və 1.000.000:1 nisbətdə yüksək kontrast faizi yer alır.

Bundan başqa, Samsung-dan verilən məlumatlara görə, OLED ekranlar qaranlıq səhnələrdə daha effektiv olacaq.

Qeyd edək ki, monitorların texniki göstəriciləri haqqında detallar hələlik açıqlanmır.

 

Gununsesi.info