“Samsung” və LG “iPhone”a “DƏLİK AÇACAQ”

2022-ci ildə “Apple”ön kamerası üçün ekranında deşik olan “iPhone” buraxacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Koreyanın “The Elec” nəşri məlumat yayıb.

HTML tutorial

Media mənbələri bildiriblər ki, şirkətin tərəfdaşları “Apple”ı smartfon istehsalı üçün aşağı temperaturlu polikristal oksid (LTPO) və maye kristal (TFT) texnologiyalarına əsaslanan yeni displeylər təqdim edəcəklər.

Bu displey 120 hers-ə qədər tezliyə malik informasiyanın nümayişini dəstəkləyəcək, həmçinin flaqmanların istehsalında istifadə olunan qabaqcıl texnologiyaları əks etdirəcək.

Ön panelin əsas xüsusiyyəti ön kamera və “Face ID” sensoru üçün dəliyin olması olacaq. “LG Display” və “Samsung Display” “Apple”a i”Phone” ekranlarında “dəlik açmağa” kömək edəcək tərəfdaşlar olacaq.

Məlumata görə, 2022-ci ildə yalnız seriyanın ən yüksək səviyyəli smartfonları – “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” yeni ekran tipini sahib olacaq.

Gununsesi.info