“Samsung”un sahibi həbs olundu

  • By admin
  • 18 Yanvar 2021 13:11

Seul məhkəməsi “Samsung Group”un faktiki rəhbərinə və “Samsung Electronics”-in vitse prezidenti Li Çje Yöna korrupsiya ittihamı ilə 2,5 il həbs cəzası kəsib.

Gununsesi.org xəbər verir ki, Li 2017-ci ildə Cənubi Koreyanın eks-prezidenti Pak Kın Xenin yaxın rəfiqəsinə rüşvət verməkdə ittiham olunaraq, 5 illik həbs cəzası almışdı. Amma 2018-ci ildə apellyasiya məhkəməsinin qərarından sonra Li Çje Yön azadlığa çıxmışdı.

Ali Məhkəmə işi yenidən Seul məhkəməsinə qaytarıb və məhkəmə yenidən Liyə həbs cəzası verib.

Gununsesi.org