“Samtredia” – “Qarabağ” matçı öncəsi azarkeşlər arasında dava düşdü

  • By admin
  • 18 İyul 2017 22:41

qarabaqqqqqqq

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Samtredia” – “Qarabağ” matçından öncə azarkeşlər arasında qalmaqal yaşanıb.

Gununsesi.info-nun Apasport.az saytına istinadən məlumatına görə, yerli azarkeşlərlə azərbaycanlı fanatlar arasında insident yaşanıb.

Belə ki, “Samtredia”nın 20-ə yaxın azarkeşi azsaylı “Qarabağ” fanatları üzərinə hücum edib. Qalmaqal əsnasında əlbəyaxa dava düşüb. Yerli fanatlar azərbaycanlı azarkeşlərin bayrağını əlindən alaraq, qaçıblar.

Hadisədən sonra həmyerlilərimiz stadionun önündə olan polis işçilərinə müraciət ediblər. Asayiş keşikçiləri Azərbaycan bayrağını oğurlayanları yaxın zamanlarda tapacaqlarına və bayrağın qaytarılacağına dair söz veriblər.

Gununsesi.info