Samur-Abşeron kanalında 11 gün əvvəl batan gəncin meyiti tapılıb

  • By admin
  • 05 İyun 2018 14:58


Samur-Abşeron kanalında on bir gün əvvəl batan 18 yaşlı gəncin meyiti tapılıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Belə ki, mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində, nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.

Onun meyiti FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Gununsesi.info