Samur-Abşeron kanalında qadın batdı

  • By admin
  • 04 Yanvar 2022 14:55

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

Gununsesi.info-ya FHN-dən bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Gununsesi.info