
Bibisiqızının evini qarət etdi, pulu da kef məclislərinə xərclədi.
Gününsəsi.info xəbər verir ki, Samux rayonunun Çobanabdallı kənd sakini Ceyhun Məmmədovun yaşadığı mənzildə oğurluq hadisəsi baş verib. Səhər saatlarında ailə üzvləri ilə birlikdə işə yollanan ev sahibləri geri dönəndə gördüklərinə inanmayıblar. Zərərçəkənin sözlərinə görə pəncərəni sındıraraq içəri daxil olan çağırılmamış qonaqlar oradan xeyli miqdarda qızıl zinət əşaylarını oğurlayıblar. Hadisədən sonra Ceyhun Məmmədov rayon polis şöbəsinə ərziə ilə müraciət edərək yaşadığı mənzildə evdə olmadıqları müddətdə oğurlu hadisəsi baş verməsi barədə məlumat verib. Zərərçəkənin müraciəti əsasında evə baxış keçirən polis əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. Asayiş keşikçiləri elə ilk cəhdəcə oğurluğu törədənləri müəyən edib. Məlum olub ki, hadisə ev sahibinin qohumu Qarabağlar kənd sakini 22 yaşlı Sahil Hüseynov tərəfindən törədilib. Hüseynova bu işdə həmkəndliləri pəhləvan ləqəbli 26 yaşlı Mərifət Uğurlu və Səbuhi Qurabnov yardım edib.Hər üç şəxs dindidirilmə zamanı əməllərini səmimi etiraf ediblər. Onlar cinayəti planlı şəkildə törətdiklərinə və oğurluq yolu ilə əldə etdikləri qızıl zinət əşaylarını Gəncə şəhərində satdıqlarını deyiblər. O ki qaldı əldə etdikləri vəsaitə saxlanılan şəxslər pulu kef məclisinə xərclədiklərini söyləyiblər. Hazırda dəstə üzvlərinin bu kimi əməllərlə başqa kimlərə ziyan vurduğu araşdırılır.

Gününsəsi.info










